“Birinci Avropa Oyunlarının Azərbaycana verdikləri artıq ortalıqdadır. Dünyanın müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlərin, eləcə də idmançıların və turistlərin Azərbaycana gəlişi Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasına zəmin yaradacaq”. Bunu deyən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, bu Ermənistanın işğalı ilə qarşı-qarşıya qalmış Azərbaycan üçün çox böyük önəm daşıyır: “Ölkəmizə gələn insanlar Azərbaycandakı inkişafı, xalqımızın özünəməxsus mental xüsusiyyətlərini və ölkəmizdə mövcud olan dini- milli tolerantlıq ənənələrinin şahidi olacaqlar. Bu da ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bu, eyni zananda, Ermənistanın, erməni lobbisi və diasporunun Azərbaycana qarşı apardıqları təbliğatın qondarma arqumentini gücdən salır. Nəzərə almaq lazımdır ki, ermənilər iddia edirlər ki, Dağlıq Qarabağdakı ermənilər azərbaycanlılarla birlikdə yaşaya bilməzlər, çünki onlar üçün hər zaman təhlükə yarana bilər. Azərbaycanda mövcud olan tolerantlıq mühiti ölkəmizdə müxtəlif xalqların birgə yaşaması, müxtəlif dini konfesiyaların əməkdaşlıq etməsi ermənilərin bu arqumentini gücdən salır, Ölkəmizə gələn qonaqlar mövcud ənənəni görəcəklər ki, bu da ermənilərin apardıqları təbliğata tutarlı bir cavab olacaq. Ümumilikdə Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox önəmli bir hadisədir. Bu möhtəşəm idman yarışı təkcə Azərbaycan üçün deyil, həmçinin Avropa üçün önəmli hadisədir”.
Alim ”OLAYLAR”İA