"Bitsin bu dəhşətlər!”

Bir müddət öncə növbəti dəfə əməliyyat olunan Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs müayinə üçün ABŞ-a gedib.
14 saat davam edən yoldan sonra Mayamiyə çatan müğənni şəhid xəbərlərini eşidən kimi özündən çıxıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, super-star  dünən Sırt bölgəsində 8 əsgərin şəhid olmasına bu cür reaksiya verib: "Bu gün amerikaya gəldim. Amma əhvalım çox pisdir. Yenə də torpağa 12 nəfər şəhid verdik. Yenə də analar, bacılar ağlayacaq. Bilmirəm, müalicə üçün Amerikaya gəldiyim üçün ağlayım, ölən əsgərlər üçün ağlayım, gözü yaşlı qalan analar, bacılar üçün ağlayım. Bitsin bu dəhşətlər!”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az