Biz 10 aydır ki, DAK-ın birləşməsi üçün fəaliyyət göstəririk

Biz 10 aydır ki, DAK-ın birləşməsi üçün fəaliyyət göstəririk

Səftər Rəhimli: «Gəlin, bütün şəxsi maraqlarımızı bir kənara ataq»

«Biz 10 aydır ki, DAK-ın birləşməsi üçün fəaliyyət göstəririk. Bu zaman ərzində təşkilatın birləşməsinin əleyhinə yeganə şəxs Sabir bəy olub». Bu fikirləri DAK Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli qarşı tərəfin yaydığı bəyanata cavab olaraq bildrib.  Onun sözlərinə görə, indi Sabir Rüstəmxanlının mətbuata çıxıb özünü birlik tərəfdarı kimi göstərməsi, başqasını isə bölücülükdə ittiham etməsi məntiqsiz və qeyri ciddi səslənir: «2010 cu il dekabrın 4-5-də DAK 11-ci qurultayı həm də  öhdəlik götürüb ki, təşkilatın hər iki tərəfində müzakirələr aparılsın və birlik qurultayı keçıirilsin. Ona gorə də 21 nəfərdən ibarət Birlik Qurultayına hazırlıq üzrə Təşkilat Komtitəsi yaradılıb. Təşkilat Komitəsinin verdiyi qərarla hər hansı protokol imzalana bilər. Təşkilat Komitəsi belə bir məsələni gündəliyə salmyıb və müzakirə etməyib. Cavad Derəxti, Əhməd Obalı,Mirəşhrəf Fətiyev Birlik qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sozçüləridir. Bu şəxslərin apardığı danışıqlar yalnız müəyyən məsələlərin həlli ilə bağlı ola bilər. Bu, əsasən müzakirə və məşvərət xarakteri daşıyır.  Sabir bəy deyir ki, guya  protokola imza atanlardan biri də Akif Kərimov olub. Akif bəy DAK-ın heç bir tərəfində təmsil olunmur. Akif bəyin DAK adına hər hansı bir sənədi  imzalaması mümkün deyil. Mirəşrəf bəy isə mənə dedi ki, heç bir protokol görməyib və imzalamayıb. Cavad bəy Sabir bəylə görüşünün yalnız bir məqsəd daşıdığını vurğuladı. Dedi ki, buna səbəb DAK adına fəaliyyət göstərən bütün qurumların yığışıb bir arada qurultay keçirməsi olub. Cavad Derəxti DAK-da kimin hansı mövqedə dayanmasından asılı olmayaraq çox böyük nüfuza malik bir insandır. O, millətimizi, dövlətimizi səmimiyyətlə, bütün varlığı ilə sevən bir şəxsiyyətdir. Yenə də xahiş edirəm, bəzi insanlar hər şeyi öz arşınları ilə ölçməsinlər, Cavad bəyin səmimiyyətindən sui istifadə etməsinlər.DAK adı altında şou göstərilməsi pis nümunədir. Üzümü o şəxslərə tutub deyirəm ki, millətimiz və dövlətimiz naminə bu cür ucuz oyunlardan əl çəkin. Gəlin, bütün şəxsi maraqlarımızı bir kənara ataq, millətimizi bölən neqativ fəaliyyətlərdən uzaq olaq. 200 illik parçalanmadan sonra milli birliyimiz üçün önəmli tarixi situasiya yaranıb. Gəlin onu düyğusal hərəkətlərimizlə deyil ağıl və məntiqimizlə dəyərləndirək. DAK kimi beynəlxalq təşkilatın bir neçə yerə parçalanmış şəkildə fəaliyyəti yalnız düşməni sevindir bilər».



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az