Biz niyə “Qarabağ” klubunun yanında olmamalıyıq?

Biz niyə “Qarabağ” klubunun yanında olmamalıyıq?

Hazırda bütün idman növləri arasında futbol xüsusilə seçilir. Futbolun özəlliyi ondandır ki, ən emosional əyləncə idman növü olmaqla yanaşı, həm də böyük təbliğat vasitələrindən birinə çevrilib. Futbolu inkişaf edən dövlətlər bu idman növündən milyardlarla pullar qazanır. Təkcə elə yetişdirdikləri oyunçulardan başqa klublara transfer etməklə milyonlarla pul qazanılır. Eyni zamanda futbol turizmdən tutmuş digər sahələrin də inkişafına böyük təsir göstərir.

Nəzərə alsaq ki, bir oyunu televiziya qarşısında milyonlarla insan izləyir, üstəlik, dünya mediasının diqqət mərkəzində olduğunu da hesaba qatsaq, futbolun beynəlxalq gücü ortaya çıxır. Deməli, bu gün yaşadığımız dünyada futbol geosiyasi faktora çevrilib.

Belə olan halda, Azərbaycanın bu prosesdən kənarda qalması qeyri-mümkündür. Bu gün Azərbaycanda futbol inkişaf edir və emosional azarkeşlər yaranmaqdadır. Futbolumuzda istədiyimiz nəticələri əldə etməsək də, böyük sərmayələr qoyulmaqdadır.

Düzdür, dünyanın güclü komandaları səviyyəsində olan azarkeşlər Azərbaycanda olmasa belə, amma artıq klublarımızı on minlər səviyyəsində dəstəkəyən insan toplumu var.

Mən bunun “Qarabağ” klubunun son Avropa klubları ilə oyunlarında bir daha şahidi oldum ki, Azərbaycan azarkeşləri klublarımızın uğurlu qələbələrini gözləyir və oyun zaman var gücləri ilə dəstək olurlar. Əgər uğurlu nəticələr verəcəksə, azarkeşlərin sayında artım tendensiyası müşahidə olunacaq.

Futbolun əhəmiyyəti ilə bağlı fikirlərimin davamı olaraq qeyd etməliyəm ki, işğal altında qalan bir bölgənin adını daşıyan futbol klubunun Avropa cempionatlarında oynamasının böyük siyasi-ideoloji əhəmiyyəti var.  “Qarabağ” klubunun bizim üçün digər özəlliyi ondadır ki, o, işğal altında qalan torpaqlarımızın hayqırtısı və beynəlxalq arenada Qarabağın Azərbaycana məxsus olmasını bir daha təsdiq edən sübutlu pasportudur.

“Qarabağ” klubunun Avroliqada oynaması Ermənistan və erməni diasporunun apardığı antiAzərbaycan və “Qarabağ ermənilərə məxsusdur” fikrini alt-üst edir və ona görə Qarabağ hər zaman Avropa klubları ilə oynayan zaman erməni diasporu bundan bərk narahat olur. Yüzlərlə konfrans keçirib, Qarabağın bizə aid olduğunu sübut etməyə çalışırıqsa, amma “Qarabağ” bir oyunla onu sübut edir.

Çünki “Qarabağ” klubu Azərbaycan adı ilə oyunlara çıxır və uğurlu nəticələ əldə edir. Üstəlik, dünya mediasında “Qarabağ” sözü adı ictimaiyyəşləməyə başlayır və insanların alt şüur qatında öz yerini tutur.

Hər bir azərbaycanlı, hər bir türk insanı “Qarabağ” klubunun yanında olmalı, ona öz dəstəyini göstərməlidir.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az