Mehriban Vəzir: «Sivil, mədəni münasiətlər yaranmalıdır»
İctimai Palata (İP) aprelin 8-də mitinq keçirməyi qərara alıb. Bu barədə meriyaya müraciət göndərilsə də adıçəkilən qurum hələ təşkilatçılrın müraciətini cavablandırmayıb. İP-in təşkil etdiyi bu mitinqə digər partiyalar qatılacaqmı? Meriya mitinqə icazə vermədiyi halda icazəsiz mitinq keçiriləcəkmi? Bu və digər sualları «Vətəninfo»a müsahibəsində İP koordinasiya Şurasının üzvü Mehriban Vəzir cavablandırdı.
- 8 aprel aksiyasına hazırlıqlar gedir, çağırışlar var, elanlar olur. Bununla bağlı sosial mediada müzakirlər gedir. Düşünürük ki, insanların mitinqdə iştirakının daha normal olması icazəyə çox bağlıdır. Çünki, nə İctimai Palata, nə də etirazçı vətəndaşımız zorakılıq istəmir. Ancaq, sivil, mədəni bir yolla öz etirazını cəmiyyətə çatdırmağa çalışır. Ona görə də yaxşı olar ki, meriya iazə versin və bu mitinq qanuni olsun. İnsanlarımız da orada iştirak etsin.
- Meriya müraciətə cavab veribmi?
- Hələ ki yox.
- Bəs müraciətə mənfi cavab verilərsə, icazəsiz aksiyaya gedcəksinizmi?
- Bilirsiz, meriya mitinqlə bağlı müraciətimizə mənfi cavab verəcəksə, onda yeni situasiya yaranacaq. Belə olduqda müzakirələrə ehtiyac yaranacaq və biz vəziyyəti müzakirə edib, sonra qərar verəcəyik.
- Novruz bayramı ərəfəsində 5 parttya bir araya gələrək yeni birlik modelini müzakirə ediblər. Həmin partiyalar arasında İctimai Palataya üzv olan Müsavat vsə Azərbaycan Xalq Cəbhəsi Partiyasının olması mətbuatda geniş müzakirələrə səbəb oldu. Bildirilirdi ki, İP uğur qazanmadığına görə bu quruma üzv olan pariyalar da yeni birlik modeli axtarışına çıxıblar…
- Elə bir birlik, göstərsinlər ki, biz düşünək, bəli, filan qurumla müqayiəsədə İctimai Palata uğur qazanmayıb. Amma belə deyil. Mövcud olan bu birlikdir, bu vətəndaş hərəkatıdır. Bu vətəndaş hərəkatı bir ildən artıqdır ki, təsis olunub. Gücü çatan, əlindən gələn bütün addımları atıb. Azərbaycan cəmiyyətində hələ İctimai Palatanın alternativi olan bir qurum yoxdur. Əgər belə bir qurum yaransaydı və onun yüksək göstəriciləri olsaydı müqayisə edərdik və bildirərdik ki, bəli filan qurumla müqayisədə İctimai Palata uğur qazanmayıb. İctiam Palatanın fəaltiyyətinin, həqiqətən mövcud olmasının bir arqumenti də həbsdə yatan vicdan məhbuslarıdır. Həmin məhbuslar İctimai Palatanın çağırışı ilə mitinqdə həbs olunublar. İctimai Palatanı uğursuz adlandrılanlar uğurlu bir iş barəsində model ortalığa qoymalıdır. Siyasi partiyaların bir arada olmaları, müəyyən bir birlik uğrunda çalışmalarına gəlincə isə, biz bunu hər zaman dəstəkləyirik. Bütün birliklərə müsbət yanaşırıq. Düşünürəm ki, bir birliyin olması digərinin mövcudluğuna zərər gətrmir. Orada da partiyalar arasında müəyyən dil tapmamaq problemi var. Onlar öz aralarında dil taparlarsa, 5-10 partiya birlik haqqında düşünürlərsə, müzakirələr aparırlarsa, bu, çox yaxşı haldır və bunu alqışlayırıq. Ümumiyyətlə bütün birliklər İctimai Palatanın şəninə heç bir xələl gətirmir. Orada birləşərək, yenidən bir araya gəlib, yeni formatlar haqqında düşünə bilərik.
- Mitinqə qatılmaq üçün İP-ə daxil olmayan digər partiyalara dəvət göndərilibmi?
- Bu, İctimai Palatanın özünün mitinqidir. Bu çağırışın müəllifi İctimai Palatadır. Bu qurumda təkcə AXCP, Müsavat deyil, digər partiyalaran nümayəndələri təmsil olunurlar. Əslində bu çağırış təkcə 2 partiyanın deyil, daha çox partiyanın qatılacağı mitinqdir. Yəni biz insanları sivil, bütün dünyanın başa düşəcəyi mədəni bir siyasətə dəvət edirik. Hansısa partiyaların mitinqə qoşulub qoşulmayacağına gəlincə isə yəqin ki, meriyanın verəcəyi icazədən sonra bu barədə təkliflər alacağıq. Amma biz, hələ bu barədə heç kimə müraciət etməmişik.
- İctimai Palata həmişə çalışıb ki, narazı vətəndaşları da prosesə qoşsun. Amma bu uğurlu alınmayıb. Ötən ilki aksiyalarda da bu belə oldu. Bu mitinqdə fərqli bir variant hazırlanıbmı?
- Bilirsiz, bunun modeli çox bəsitdir. Siz haqlısınız ki, narazı kütləni prosesə cəlb etmək mümkün deyil. Bnun da səbəbini yaxşı bilirsiniz. İnsanlar məsəlyə çox ehtiyatla yanaşır ki, bu da təbiidir. Biz istəyirik ki, dünyada olan mədəni təcrübələrə uyğun olaraq xalq sözünü demək istəyirsə, hakimiyyət ona icazə versin. Mitinqin kçirilməsi üçün uyğun bir yer təşkil etsin. İnsanlar da orada öz sözlərini desinlər. Bəlkə xalqın sözü eşidilcək? Ona görə də biz, bu mədəni münasibətləri yaratmaq isəyirik. Əlbəttə, bizi qınayan adamlar var. Onlar deyirlər ki, xalq bunlara qoşulmur. Xalqın proseslərə ehtiyatla yanaşması isə çox normal bir vəziyyətdir. Amma bunun da bir sonu var. Sonda bu qarşıdurmalara gətirib çıxarır. Azərbaycan cəmiyyətinin və bir çox cəmiyyətlərin bu kimi təcrübələri var. Biz İctimai Palata olaraq nə istəyirik? Biz böyük qarşıdurmalara getmədən, hörmətlə, sivil qaydada islahatlar istəyirik. Siyasi, iqtisadi, ictimai, ümumiyyətlə bütün sahələrdə islahatlara, yeniliklərə zəruriyyət var. Düşünürük ki, bu həm hakimiyyətin, həm də cəmiyyətin xeyrinədir.
Əli Zülfüqaroğlu