“Bizə yad ərazilər lazım deyil, bizdə hər şey boldur”- MEDVEDEV

“Bizə yad ərazilər lazım deyil, bizdə hər şey boldur”- MEDVEDEV
"Rusiya ona nifrət edənlərə və tarixə nifrət yayanlara qarşı mübarizə aparır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Teleqram” kanalında deyib.

"Bizə nifrət edənlərə, dilimizi, dəyərlərimizi və hətta inancımızı qadağan edənlərə, Vətənimizin tarixinə nifrət aşılayanlara qarşı mübarizə aparırıq Ona görə də onlara qarşı qalxaraq müqəddəs güc əldə etmişik”, – Medvedev yazıb.

O bildirib ki, Rusiya böyük və zəngin ölkədir və başqalarının ərazilərinə ehtiyacı yoxdur: "Rusiya nəhəng və zəngin ölkədir. Bizə yad ərazilər lazım deyil, bizdə hər şey boldur. Amma bizim üçün müqəddəs olan, ata-babalarımızın yaşadığı, bu gün xalqımızın yaşadığı torpağımız var. Və bunu heç kimə verməyəcəyik. Rusiya özününküləri qoruyur və xalqı, torpağı, min illik tarixi uğrunda mübarizə aparır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az