BMT nümayəndələri Bakıya gəlir

BMT nümayəndələri Bakıya gəlir
Nazirlər BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gələcək.
 
Trend xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Bakı şəhərində keçiriləcək 7-ci Qlobal Forumunda Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim, Mərakeşin Dini Yardım və İslam Işləri naziri Əhməd Toufiq, Birləşmiş Ərəb Əmirliyinin Tolerantlıq naziri Şeyxa Lubna Əl-Qassimi və xarici işlər naziri Jasem Əl-Əli, İsveçin təhsil naziri Gustav Fridolin, Bəhreyn Krallığının Şura Məclisi və Nümayəndələr şurasının naziri Ganim Bin Fadhil Əl-Buaynayn, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir, Sierra Leonun xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohamad Sesay iştirak edəcək.
 
Qeyd edək ki, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.
 
Forumun Açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcəkdir.
 
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az