BMT Təhlükəsizlik Şurası (TŞ) növbəti 12 ayda Dəməşqin ilkin razılığını almadan Suriyaya birbaşa humanitar yardım çatdırılması səlahiyyətini uzadan qətnamə qəbul edib.
Səsvermə zamanı sənədi TŞ-nin bütün 15 üzvü dəstəkləyib.
Vətəninfo.az xəbər verir ki, qəbul edilmiş sənəd ölkədaxili münaqişə tərəflərindən, xüsusən də Suriya hökumətindən beynəlxalq humanitar hüquq öhdəliklərinin yerinə yetirilməsini, insan haqlarını və Təhlükəsizlik Şurasının 2139 və 2165-ci qətnamələrini yubanmadan təmin olunmasını tələb edir.
Hazırda 12,2 milyon suriyalının təcili köməyə ehtiyacı olduğunu bildirən BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos vətəndaş müharibəsi səbəbindən ölkə əhalisinin təxminən yarısının evlərini tərk etməyə məcbur olduğunu da qeyd edib.
Təşkilatın son məlumatına görə, Suriya münaqişəsində ölənlərin sayı il ərzində iki dəfə artaraq 200 minə yaxınlaşıb, 1 milyondan çox insan isə yaralanıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib