Borçalıda ara qızışdı

Borçalıda ara qızışdı

İsmayıl Qacar: " Hamlet İsaxanlı Zəlimxan Məmmədlini xilas etməyə çalışır"

Zəlimxan Məmmədlinin fiaskoya uğradığını görən kəndlisi, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı onu xilas etmək üçün ciddi işə girişib. Bunu "Vətəninfo.az"a Borçalı Milli Hərakatının (BMH) Sədri İsmayıl Qacar deyib. O qeyd edib ki, məndə olan dəqiqləşdirilmiş məlumata əsasən Borçalı Cəmiyyətinin may ayının  19-na Ümumi Yığıncağı təyin edilsə də, Borçalıdan olan tanınmış ziyalılar, o cümlədən Cəmiyyətin üzvü olan tanınmış, əslən Borçalıdan olan şəxslər dəvət almayıblar. Ən önəmli olan isə odur ki, Borçalı Cəmiyyətinin yeganə təsisçisi görkəmli ziyalı Eyvaz Borçalı ümumi yıncağa məqsədyönlü surətdə çağrılmayıb. Ümumi Yığıncağa məqsədyönlü surətdə dəvət edilməyən şəxslər işərisində Kamran Ramazanlı, professor Xaləddin İbrahimli, professor Hidayət Nuriyev, Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu və digər onlarla hörmətli ziyalılar var. Məqsəd isə odur ki, qeyri-legitim Ümumi Yığıncaqda sakit şəkildə Zəlmixan Məmmədli yenidən cəmiyyətin sədri seçilsin. Bunun üçün Hamlet İsaxanlının göstərişinə əsasən Xəzər Universitetinin akt zalı həmin univetsitetin müəllim və tələbələri hesabına doldurulacag. Görüntü olaraq Zəlimxan Məmmədlinin bir-necə həmkəndlisi və oğlunun tələb yoldaşalrı prosesə cəlb olunacaq. Mən təəsüf edirəm ki, hamlet İsaxanlı Borçalılara "Sürü" deyən Zəlimxan Məmmədli ilə əməkdaşlığa gedib. Borçalı ziyalıları, Eyvaz Borçalı, Xaləddin İbrahimli, Hidayət Nuriyev, Kamran Ramazanlı və digərləri susmaqdadırlar. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az