BP Azərbaycanda ixtisarlara başlayacaq
Böyük Britaniyanın neft-qaz hasilatı şirkəti BP yaxın iki il ərzində bütün dünya üzrə kəşfiyyat və hasilat bölmələrində 4 minə yaxın iş yerini ixtisar edəcək.
Bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, şirkət neftin qiymətlərinin aşağı düşməsi səbəbindən buna getmək məcburiyyətində qalıb.
Report-a istinadən verilən xəbərinə görə, ixtisarlar Anqola, Azərbaycan, həmçinin Meksika körfəzi və Şimal dənizi kimi regionlarda fəaliyyət göstərən kəşfiyyat və hasilat sahələrinə toxunacaq. Ümumilikdə bu bölmələrdəki 24 min yerdən 4 minə yaxını ixtisara düşəcək. İxtisarlar 2017-ci ilin dekabrınadək iki il ərzində aparılacaq.
Bu addımın atılmasına səbəb kimi neftin qiymətlərinin aşağı olması, dolların güclənməsi və ehtiyatların həddindən artıq bolluğu göstərilir.
Miq.az