BŞDYPİ-də 2-ci otağda vətəndaşdan rüşvət alınıb?-İDDİA
Ötən yazılarımızda Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) rüşvət qalmaqalı ilə balı məlumat vemişdik. Belə ki, vətəndaş Rəis Cavid Bağırov Cəmaləddin Kazımovdan 200 manat rüşvət aldığı iddia edilir. Bunun müqabilində C. Kazımova məxsüs "Kamaz” yük maşını cərmə meydançasından azad edilib.
Səbəb isə "Kamaz”ı idarə edən sürücünün sürücülük vəsiqəsi olsa da, avtomobili idarə etmək üçün etibarnaməsinin olması olub. Onun sözlərinə görə, 99 YP 506 dövlət nömrə nişanlı DYP maşınının ekipaj üzvləri sürücünü sıxışdıraraq, ondan pul alıblar. Cəmaləddin Kazımov bildirir ki, DYP əməkdaşları əvvəlcə ondan maşının buraxılması üçün 600 manat istəyiblər. Lakin bu qədər pulu olmadığı üçün həmin məbləği verə bilməyəcəyini deyib. "Mənə dedilər ki, əgər həmin pulu verməsəm, maşın cərimə meydançasından buraxılmayacaq. "Miriş” ləqəbli DYP inspektoru ilə bir xeyli çək-çevirdən sonra bildirdi ki, onsuz da məsələni həll etməyin iki yolu var. Biri onlara 200 manat verməyimdən ibarətdir, digəri isə BŞDYPİ-də 2-ci otağın rəisi Cavid Bağırovun qəbuluna gedib, məsələni orada həll etməkdir”.
Bu barədə Miq.az-a açıqlama verən Cəmaləddin Kazımov bildirir ki, məsələnin 2-ci otağda həll olunması üçün vətəndaşa istiqamət verilib. Güya məsələ ancaq 2-ci otağda həll edilə bilər. Vətəndaş daha sonra əlavə edir ki, qapıdan içəri girdikdə isə otaqda başda Cavid Bağırov olmaqla, digər əməkdaşları da mülki formada görüb. Və bunun səbəbini soruşub. "Mənə dedilər ki, onlar üçün belə daha rahatdır. Və niyə gəldiyimi soruşdular. Cavid Bağırov mənə bildirdi ki, 200 manat verəcəyim təqdirdə maşını cərimə meydançasından çıxara bilərəm. Ona bu qədər pulumun olmadığın, heç olmasa rayona geri qayıtmaq üçün güzəşt etməsini xahiş etdim. O da aldığı 200 manatın üzərindən 20 manat ayırıb, mənə verdi və dedi ki, bu pulla həm rayona gedə bilərəm, həm də yolda çörək yemək imkanım ola bilər”.
Şikayətçi qeyd edir ki, sahibi olduğu maşın saxlanılan zamanı məlum olub ki, 80 manat cərimə var. "Bilirəm ki, Cənab Nazir Ramil Usubovun qəti göstərişi var ki, hər hansı bir avtomobilin cəriməsi varsa, mütləq ödənilməlidir. Və həmin cərimə ödənilmədən cərimə meydançasından buraxıla bilməz. Amma BŞDYPİ-də məndən aldıqları 200 manatın bir qəpiyini də həmin cərimənin ödənilməsinə sərf etmədilər. Eləcə dayanacaqa gedib, 10 manat verib maşını oradan çıxardım. Cərimə isə hələ də üzərimdədir. Yəni, 200 manatdan əlavə daha 80 manat ödəməliyəm. Onu da bilirəm ki, etibarnamə olmadan maşının idarə edilməsinin cəriməsi 50 manatdır. Bəs, o zaman məndən alınan 200 manat nəyin pulu olub?”.
Amma Caməlddin Kazımova dəyən zərər təkcə bununla kifayətlənməyib. Məlumatda bildirilir ki, onları saxlayan "Miriş” ləqəbli DYP inspektoru "Kamaz”ı özü idarə etməyə qərar verib. "Bu zaman onun yük maşınını idarə edə bilmədiyi məlum olub. Elə bu səbəbdən də maşını yerindən 3-cü sürətlə götürüb ki, nəticədə «Kamaz»ın diferi töküb. Bunun zərəri də üzərimdədir. Nə edəcəyimi də bilmirəm. Bir tikə çörək qazanmaq üçün yollarda gecə-gündüz əsir-yesirik. Axırda da qazandıqlarımızı belə yarıtmaz DYP işçiləri əlimizdən alır”.
Xatırladaq ki, 2-ci otaqda əyləşən Cavid Bağırovun Çevik Polis Alayanın keçmiş rəisi, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general Səhlab Bağırovun oğlu olduğu deyilir.
Miq.az olaraq bildirmək istəyirik ki, vətəndaş Camaləddin Kazımovun hüquqları DYP əməkdaşları tərəfindən pozulub. Bizimlə telefon əlaqəsi yaradan C. Kazımov nəzərimizə çatdırdı ki. Lazımı qurumlara şikayət olunub. Lakin heç bir qurum məsələyə münasibət bildirmir.
Miq.az