Bu da başımıza gəldi

Bu da başımıza gəldi

Fuad Əliyev baş redaktor oldu

Mərhum Zakir Məmmədovun faciəli ölümünün ardından Azərbaycan liberal Demokrat Partiyasında baş verən parçalanma və hakimiyyətin Fuad Əliyev və ətrafında olan qüvvələrə dəstək verməsi,eyni zamanda ALDP olaraq onu tanıması elə də uzaq bir tarix deyil. Fuad Əliyevin siyasi müstəvidə arada bir müəyyən gedişlər edərək gah iqtidar, gah da müxalif düşərgəsində özünə yer axtarması silsiləsini diqqətlə təhlil etdikdə görmək olur ki, ALDP sədri daha çox var olmaq və ən azından siyasi imici qorumaq adına müəyyən qədər nailiyyət əldə edib. Onun AXCP, Müsavat Partiyası, ADP, BAXCP, KXCP və digər adlarını sadalamadığım partiyalarla iş birliyi qurmaq çabaları daha çox seçki dövürünə təsadüf edib ki,burada da F.Əliyev müəyyən dividentlər əldə etməyi düşünüb. Hətta keçirilən parlament və prezident seçkilərinə qatılmaq istəyi isə,seçilməkdən daha çox müəyyən maliyyə dəstəyi əldə etməyə yönəlik olub. ALDP sədri gözəl bilirdi ki, istənilən dairədə prezidentlik qalsın bir kənara, milllət vəkili olmaq şansı belə sıfıra bərabərdir. Amma yenə də ona dəstək verən müəyyən adamlar, müxalif rəqiblərin səsini parçalamaq məqsədi ilə daima ALDP sədrindən yararlanıb.Bunu F.Əliyevin özü də gözəl bilirdi və 2005-ci ildə keçirilən parlament seçkilərində ona dəstək verənlərin ciddi şəkildə maliyyə yardımlarını kəsməsini də yəqin ki, unutmuş deyil. Elə bu səbəbdən də 2005-ci il seçkilərində ALDP sədri partiyanın yayım orqanı olan mətbuat orqanında müxtəlif namizədlərin seçki platformalarını çap etməklə müəyyən qədər,öz seçki kompaniyasını apara bildi. Sonralar Azərbaycana qarşı ən sərt mövqedə dayanan, çıxışlarında Azərbaycanı və xalqımızı təhqir edən Rusiya liberal Demokrat Partiyası sədri Vladimir Jirnovskinin yanında görünməsi, RLDP liderini keçirdiyi mətbuat konfranslarında geninə-boluna tərifləməsi hələ də həmkarlarımın yadındadır. Amma son günlər onun birdən-birə 90 dərəcə dəyişərək, Rusiyaya deyil, ABŞ üz tutması yeni bir Fuad Əliyevi meydana çıxardı.İndi Fuad Əliyev qatı Rəsul Quliyevçi olub və bunu platformalarda ACP liderinin müdafiəsinə dayanıb. Bəlkədə bu gün AXCP sədri Sülhəddin Əkbərdən belə daha çox Rəsul Quliyevi müdafiə edir. Maraqlıdır ki, Rəsul Quliyevə ALDP sədrini nə bağlayır? “Görünən kəndə nə bələdçi” atalar sözündən yola çıxası olsaq, ALDP sədrinin niyyəti həmişəki kimi ortadadır: “nə edib-edib bu krizdən itkisiz çıxmaq”. Fuad Əliyev indi Rəsul Quliyevin nəzarətində olan bir portala redaktor gətirilirsə, bu uzun illər Azərbaycan mətbuatında külük vurmuş mətbuat təmsilçilərinə hörmətsizlik olmaqla bərabər,ey ni zamanda mətbu orqanlarda uzun illər əziyyətimizi çəkmiş redaktorlara da həkarətdir. Ola bilsin ALDP sədri redaktor olsun, amma adda, işdə onun işini başqaları görəcək. Bunu tam məsuliyyətimlə deyirəm. Hətta F.Əliyev maraqları naminə ALDP-ni ACP-yədə birləşdirər bilər.Buna da şübhəm yoxdur. Amma ALDP-nin ACP-yə birləşməsi və F.Əliyevin ACP-də və R.Quliyevin portalında olması Sülhəddin Əkbərə və ya Rəsul Quliyevə nə qazandıracaq onu bilmirəm



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az