Yolçuyev Əkbər Mehdi oğlu (Əkbər Qoşalı) – nasir, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1995).
Həyatı
Əkbər Qoşalı 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Texniki Universitetində təhsil almışdır (1990-1995).
Azərbaycan Gənclər və İdman Nazirliyi aparatının əməkdaşı olmuşdur (1996-2000). Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirmişdir (1998-2001). 90-cı illərdən ədəbi fəaliyyətə başlamışdır. Gənc türk yazıçılarının şeir, hekayə və publisist əsərlərindən ibarət “Qar çiçəyi” (1997), “Türkün səsi” (1999-cu ildən) toplularını tərtib etmişdir.
İlk kitabı “Ömür qoyub gedənlər” (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladlarından bəhs edir. Türk dünyasının görkəmli şəxsləri seriyasından “Nursultan Nazarbayev” siyasi portreti kitabçasının müəllifidir (2002). Həmin il nəşr olunan “Azərbaycan türkologiyası”nın (1920-1938) tərtibçilərindən biridir.
Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Gənc Türk Yazarları Birliyinin başçısı seçilmişdir (1998). (http://www.dgtyb.org/)
Sonrakı illərdə Çuvaşıstanda və Azərbaycanda keçirilən IX-X qurultaylarında yenidən başqan seçilmişdir (1999-2000). Hazırda Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşıdır (2002-ci ildən).
Azərbaycan Gənclər, Turizm və İdman Nazirliyinin fəxri fərman və mükafatları ilə təltif olunmuşdur.
2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürüb.
30-dan artıq bədii, elmi, biblioqrafik, siyasi və tanıtım kitabının yazarı, həmyazarı, tərtibçisi, yaxud həmtərtibçisi olaraq məhsuldar yaradıcılıq yolu keçmiş Ə.Qoşalı Azərbaycan Yazıçılar Birliyinin, Birliyin mətbu orqanı olan “Ədəbiyyat qəzeti” Redaksiya Heyətinin, habelə Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyətinin, Gənclər Təşkilatları Milli Şurası Məclisinin üzvü, Rəsul Rza, Şahmar Əkbərzadə, Respublika Gənclər Mükafatı və “Fəxri Gənc” mükafatı laureatıdır. Dəfələrlə ölkə daxilində və xaricində keçirilmiş uluslararsı konfrans, simpozium və festivallarda nümayədə və nümayəndə heyətinin başçısı olaraq iştirak edib.
DGTYB başqanı 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub. 2006-cı iıin payızından 2008-ci ilin yayınadək Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq həqiqi hərbi xidmətdə olub. Ailəlidir, üç övladı var. Bakıda yaşayır.
Əsərləri
“Ömür qoyub gedənlər” (1998)
“Nursultan Nazarbayev” (2002)
“Ölümlərin ötəsi” (şeir və deyimlər). “Vektor” Nəşrlər Evi. Bakı, 2007. 140 səh.
Tərtib etdiyi kitablar
“Azərbaycan türkologiyası” (1920-1938)
“Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.
“Yeni nəsil Azərbaycan aşıqları” (2010)
* * *
Hər gun verilməmiş bir salamım var,
hər gun gorduklərim gozumdən cıxar.
Mənim bu dunyadan bir alasım var,
bir də bir adam var sozumdən cıxar.
Dillər var adımı təzə saxlayıb,
gozlər var ustumdə nəzər saxlayıb,
Bir qəlbi sınıq qız nəzir saxlayıb,
onun da həsrəti dozumdən cıxar.
Dedilər yol getsən yorulmaq qalar,
…Elə oturub da qocalmaq olar.
Dəli arzularnan bacarmaq olar,
İlahi, sən məni ozumdən cıxart.
HƏLƏ Kİ BİR QIZA ÜRƏK DAŞIYAM
Duzlu sevgilərdən dodağım cadar,
mən sənin ustunə susamış gəldim.
Eşqim sinədaşı, ozum başdaşı,
hələ əlimə də daş alıb gəldim…
Başdaşın olaram,
unvan daşıyam.
Olərəm, baş daşın kəfənə gedər…
Hələ ki bir qıza urək daşıyam,
gucum bir qəlbi daş etməyə yetər…
Mən sənin əlindən oləcəm axır,
o ≪qız urəy≫ində dəfn eyləyərsən.
Mən sənin əlində oləcəm, axı,
sən Allahın, məni əfv eyləyərsən.
MƏN HƏLƏ BİR CAVAN BULUD YAŞDAYAM
yeri qanlı-qanlı doydu yağışlar,
kecib damarımda axdılar mənim.
dəli arzularım dondu yağışa,
qayıdıb ustumə yağdılar mənim.
şimşək var—buludlar davaya duşdu.
damcılar oynadı havaya duşdum.
mən eşqin əlinə havayı duşdum,
onuncun yandırıb-yaxdılar məni.
mən hələ bir cavan bulud yaşdayam,
yağış olmadım ki, yağıb yaşayam.
bir goz var istədim baxıb yaşayam,
qoydular uz-uzə baxtınan – məni…
1995
* * *
səni varlığıma ac qoyacağam,
indi xatirəmi yavanlıq eylə.
yanında mən boyda yer boş qalacaq,
bir az da kolgənlə yoldaşlıq eylə.
mən də yoxluğunla qatdım başımı,
bir dodaq catladı, bir uz uşudu.
bax elə beləcə…
bu cadar dodaq,
daha o gul kimi yanaqdan duşdu.
…şər vaxtı bu qədər guzguyə baxma,
məni guzgudənmi yola salmısan?
səni dar ağacı bilib gələni,
sarı yarpaq kimi yerə salmısan…
***
(nəvəgormə yaşına catmış Z. ucun)
bir ≪kor olmuş≫ yoxdu cəkə yolunu,
bəs kimə yol cəkir nacar gozlərin?
hey carpaz gorurəm qoşa qolunu,
uşaq urəyin var, qoca gozlərin…
sevişən gorəndə cicək acırsan,
yaşbilməz arzun var, arzun cin olsun.
Tanrı eşidəndigun
o gun olsun,
sənin də əllərin bir əl tanısın.
…unvansız bir həsrət sıxar qəlbini,
gozunə duşən yol gozundən duşməz.
Tanrım, sən bu qızın cıxart qəlbini,
bəlkə bir bəndən də dozumdən duşə.
BAKI
Ədəbiyyat qəzeti