“Bu gün evə gələcəkdi” - Şəhid Orxanın atası - Video

“Bu gün evə gələcəkdi” - Şəhid Orxanın atası - Video
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. 

"Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə çətin də olsa oğlu barədə danışıb.

Şəhid atası qeyd edib ki, oğlu bu gün evə gəlməli imiş:

"2 qız, 2 oğul idilər. Orxan ən balacaları idi. Ən çox istədiyim o idi... Bu gün gələcəkdi, dedi ki, sabah gələcək".
E.Novruzəlizadənin sözlərinə görə, həyat yoldaşı da bir müddət əvvəl vəfat edib, heç ili də çıxmayıb.
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az