“Bu il dünyada 70-dən çox jurnalist öldürülüb” - BMT-nin Baş katibi

“Bu il dünyada 70-dən çox jurnalist öldürülüb” - BMT-nin Baş katibi

"Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb”.

"Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.

O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır.

"Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”, - Baş katib vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az