Bu il korrupsiya ilə bağlı 99 iş məhkəməyə göndərilib

Bu il korrupsiya ilə bağlı 99 iş məhkəməyə göndərilib

2015-ci ilin I yarım ili ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə 2015-ci ilinyarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub.



"Korrupsiyanın qaynar xəttinə 3414 müraciət daxil olub”

 

 Onun sözlərinə görə, 2015-ci ilin  I yarımili ərzində Baş İdarə tərəfindən vətəndaşların 5150 müraciətinə baxılıb, həmçinin 95 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 65-i (68%) üzrə cinayət işi başlanıb, 30 (32%) material üzrə cinayət işinin başlanılması rədd edilərək  zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə 3414 müraciət daxil olub: "Həmin müraciətlərin 12-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar olunan qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.



"Cinayət işlərində vurulmuş 30 milyondan cox ziyan ödənilib”

 

 

"Bu il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş  94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min  manat və ya 31, 8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülür”.


Kamran Əliyevin sözlərinə görə, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlanıb.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az