Bu ölkə Azərbaycana təşəkkür etdi

Bu ölkə Azərbaycana təşəkkür etdi

Azərbaycan koronavirusla mübarizədə Bosniya və Herseqovinaya kömək edib.

Miq.Az Report-a istinadla xəbər verir ki, sabah Sarayevo Beynəlxalq Hava Limanına Azərbaycandan humanitar yardım daşıyan təyyarənin yerə enəcəyi barədə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi bu ölkənin Təhlükəsizlik Nazirliyini məlumatlandırıb.

Bununla bağlı Bosniya və Herseqovina təhlükəsizlik naziri Fahrudin Radonçiç ölkənin bütün vətəndaşları adından Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.

Təhlükəsizlik Nazirliyi açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Bosniya təhlükəsizlik naziri Fahrudin Radonçiçin koronavirusla mübarizədə bu ölkəyə dəstək barədə müraciətinə cavab verib.

"Bir sıra ölkələr və donorlar Bosniya və Herseqovinaya koronavirusla mübarizədə dəstək üçün müraciətə cavab verib. Təkcə Avropa İttifaqı 80,5 milyon avro məbləğində yardım ayırıb”,– nazirliyin açıqlamasında qeyd olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az