Bu ölkədə daha bir virus yayıldı: 38 min insan...

Bu ölkədə daha bir virus yayıldı: 38 min insan...

Malayziyada son 4 ayda 38 mindən çox insan ağcaqanad dişləməsi ilə keçən danq qızdırmasına yoluxub.

Miq.Az xəbər verir ki, bu barədə Malayziya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ən çox yoluxma halı Selanqor şəhərində qeydə alınıb. Burada 4 ay ərzində 23 min 22 nəfər xəstəliyə yoluxub.

Səhiyyə Nazirliyi inkubasiya dövründən sonra yüngül qızdırmaya səbəb olan xəstəliyin bəzi hallarda ölümcül ola biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Malayziyada yeni tip koronavirus pandemiyası da hökm sürür. Bu günə kimi 5 min 482 nəfər pandemiyaya yoluxub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az