Bu ölkədə koronanın dərmanı bu gün təqdim olunur
Yeni tip koronavirusa qarşı hazırlanan müalicəvi bitki mənşəli dərmanı bu gün ictimaiyyətə təqdim olunacaq.
Miq.Az xəbər verir ki, bunu Madaqaskar prezidenti Endryu Racoelina deyib.
"Madaqaskar Tədqiqat İnstitutu tərəfindən hazırlanan və sınaqdan keçirilən "Covid Organics” adlı dərman başda yovşan olmaqla, bir çox şəfalı bitkilərdən hazırlanıb. Yaxın zamanda dərmanın kütləvi istehsalına başlanacaq”, - Ölkə başçısı bildirib.
Qeyd edək ki, Madaqaskarda 83 nəfər pandemiyaya yoluxub. Bu günə kimi virusdan ölən olmayıb, 39 nəfər isə sağalaraq evə buraxılıb.
Miq.Az