"Bu, Macarıstana çox baha başa gələcək" - Polşa prezidenti


Polşa prezidenti Anjey Duda Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini tənqid edib. 

Miq.Az xəbər verir ki, o, Budapeştin Ukraynadakı münaqişəyə qarışmaq istəməməsini başa düşmür. 

"Bunu başa düşmək mənim üçün də çətindir, çünki bu siyasət Macarıstana çox baha başa gələcək", - Polşa lideri bildirib. 

Dudanın sözlərinə görə, Orbanın mövqeyi Macarıstanın Rusiyadan enerji təchizatından asılılığı ilə bağlıdır.(unikal.org)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az