Bu məhdudiyyət də götürülür

Bu məhdudiyyət də götürülür

Yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər.

Miq.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 20-dən etibarən Azərbaycandan başqa, İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosova, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan, Şimali Kipr vətəndaşları da müalicə üçün Türkiyəyə səfər edə biləcəklər. Xəstələrin qəbulu xüsusi qaydalar əsasında keçiriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az