“Bu şəraitdə Paşinyanla heç bir görüş olmayacaq!” - Prezident açıqladı

“Bu şəraitdə Paşinyanla heç bir görüş olmayacaq!” - Prezident açıqladı

"Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla növbəti görüşün dekabrın 7-də keçirilməsi planlaşdırılıb”. 

Politoloq Fərhad Məmmədovun məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün - noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

"Amma Ermənistanın Baş naziri şərt qoyur ki, görüşə yalnız Fransa Prezidenti iştirak edərsə qatılacaq. Bu şəraitdə heç bir görüş olmayacaq!” - Prezident bəyan edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az