Bu şəxslərə də 190 manat verilsin – Təklif

Bu şəxslərə də 190 manat verilsin – Təklif

Azərbaycanda bütün aylıq sosial müavinətlər üzrə ödənişlərin 190 manata qaldırılması təklif edilib.

Miq.Az xəbər verir ki, ekspertlər Azərbaycanda işsiz olan Qarabağ müharibəsi veteranlarına hər ay verilən 80 manat müavinətin də 190 manata çatdırılmasının vacib olduğunu deyiblər.

Bildirilib ki, müharibə veteranları 80 manat aylıq müavinət aldıqları üçün karantin dövrü ilə əlaqədar verilən 190 manat müavinətdən yararlana bilmirlər. Məhz bu baxımdan çətin pandemiya dövründə 80 manat alan Qarabağ müharibəsi veteranlarının müavinətinin müddətli olaraq 190 manata çatdırılması təklif edilir.

Ekspertlərin fikrincə, Qarabağ müharibəsi veteranlarının müavinətinə 110 manat əlavə edilməklə mövcud problem aradan qaldırıla bilər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az