"Məşğulluq xidməti vasitəsilə işə qəbul edilən şəxslərin maaşlarının yarısını dövlət ödəyəcək”.
Publika.az-ın xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisdə müzakirəyə təqdim edilən "Məşğulluq haqqında" qanununun layihəsinə münasibət bildirərkən deyib.
Nazir müavini bildirib ki, məşğulluq dövlətin sosial siyasətinin prioritet sahəsidir:
"Cənab Prezidentin bütün iclaslarında işsizlik məsələlərinə toxunub. Bu qanun layihəsi də məşğulluq məsələsindəki problemlərin həllinə yönəlib”.
Nazir müavini onu da vurğulayıb ki, bu qanun layihəsi yeni iş yerlərinin yaradılması, aktiv əmək bazarının tənzimlənməsinə xidmət edir:
"Bu qanunda kifayət qədər innovativ yanaşmalar var. Elektron resurslar əsasında vakansiya bankının yaradılması, işsizlərin yenidən əmək bazarına qaytarılması vacib məsələdir. Bu qanun qəbul ediləndən sonra dövlət işaxtaranı iş yerinə göndərəcəksə, bu zaman həmin şəxsin əmək haqqının yarısını dövlət qarşılayacaq. Əlbəttə, bununla bağlı bəzi şərtlər də var. Belə ki, bu halda işəgötürən işçi ilə iki ildən az müddətdə əmək müqaviləsi bağlamamalıdır. Nəticədə işçinin bir illik əmək haqqı dövlət, bir ili isə işəgötürən tərəfindən ödənilmiş olacaq. Bu qanun qəbul ediləcəksə, praktik baxımdan iş axtaranların problemlərini həll etmək imkanımız olacaq”.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?