"Görünür Tofiq Hacıyevin şəxsiyyəti kimlər üçünsə problem yaradıb”.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq Şurasının sədri Qulu Məhərrəmli bildirib.
Qeyd
edək ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru akademik Tofiq
Hacıyev bir neçə gün bundan əvvəl tutduğu postdan istefa verib. Türkoloq
alimin bu addımı hansı səbəblərdən atması hələ də dəqiq deyil.
Akademiyadan uzaqlaşan alimi hələlik professor Möhsün Nağısoylu əvəz
edir.
Qulu Məhərrəmli bu istefanı düzgün hesab etmədiyini və Tofiq Hacıyevin böyük dilçi olduğunu vurğulayıb: "Bu, ürək açan hadisə deyil. Tofiq Haciyev görkəmli dilçi, gözəl alim, yaxşı təşkilatçıdır. O, Dilçilik İnstitutunda müəyyən işlərin yaxşı bazasını hazırlayıb. İnstitutda dilçiliklə bağlı yeni planları və layihələr var idi. Bütün bunları gerçəkləşdirmək niyyətində idi. Amma çox təəssüf ki, vəzifədən çıxarıldıqdan sonra bunları etmək mümkün olmayacaq”.
Qulu Məhərrəmli eyni zamanda Tofiq Hacıyevin işdən çıxarılması ilə bağlı yaranan fikirlərə öz münasibətini bildirib:
"Mənim yanaşmama görə bu, düzgün addım deyil. Görünür, Tofiq Hacıyevin şəxsiyyəti kimlər üçünsə problem yaradıb. Tofiq Hacıyevin vəzifəsindən kənarlaşdırılması birbaşa onun şəxsiyyəti və şəxsiyyətinin miqyası ilə bağlıdır.