Butun ÖLKƏ bunlardan danışır- Siz də tanıyın (FOTOLAR)

Butun ÖLKƏ bunlardan danışır- Siz də tanıyın (FOTOLAR)

Bu gün bütün ölkə bu qərəmanlardan danışır.

Dünən metrodan halsız vəziyyətdə çıxarılan insanlara öz hesabına bir neçə kasset su alaraq paylayan Əziz Əzizbəyli... Millətqürur duyur səninlə, Əziz! Sənin kimi oğullar var olduqca biz heç zaman qaranlıqlara yenilməyəcəyik! 

Polislərimiz arasında ləyaqətli, öz işini vicdanla görməyə çalışanlarımız da çoxdur. Bu polisi də tanıyın.  Dünənki isti və metrodakı problemlərdən dolayı az qala ürəyi gedən sağdakı qadının köməyinə ilk çatan məhz bu polis olub.

Dünən metroda sərnişinlərin çıxarılmasında əsas rolu olan digər polislərimiz.Qan-tərin içində olan bu polislərimizə də alqış düşür.. 

 
Sosial şəbəkədə yayılan foto və məlumata görə hər gün 4-5 manata satılan suyun qiyməti 9 manat 19 qəpik olub. Qeyd edək ki, sözügedən foto Bakıdakı Spar Marketdə çəkilib. Bu cür əməllərə əl atan insanların fotolarını sizə təqdim edəcəyik. 

 
Yeri gəlmişkən, bu şəkilə də diqqətlə baxın. Metro qatarı tuneldə qalıb, içindəki yüzlərlə vətəndaşımız çıxışa doğru getdirlər. Dəhşətli səhnədir. 


Və həm də ibrət götürüləsi səhnədir. SİRAT körpüsündə keçməli olduğumuzu  səhnəni xatırladırmi? 

Vicdanızın səsinə uyğun davrana bilməyiniz üçün həm də bu şəkilə diqqətlə baxmağınız tövsüyyə olunur...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az