Cavanşir Quliyevdən nazirə ironiya – “Mənim nazirim...”

Cavanşir Quliyevdən nazirə ironiya – “Mənim nazirim...”
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətinin bahalaşdırılacağına dair açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

İnsanlar sosial şəbəkələrdə və mediada bu sözlərinə görə naziri tənqid edib. Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev də onlar arasındadır.

"Yeni Sabah” bildirir ki, ünlü bəstəkar nazir haqqında sosial şəbəkə hesabında qeyd paylaşıb. Həmin qeyddə deyilir: 

"Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev: "Dünyada ən ucuz taksi bizdədir, belə olmaz, bahalaşmalıdır!” Ha-ha-ha, mənim nazirim…”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az