Cəbhədə atışma: Bir əsgərimiz şəhid oldu

Cəbhədə atışma: Bir əsgərimiz şəhid oldu
Mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.
 
Bu barədə Miq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Nazirlik bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılıb. Xaçmaz Rayon Icra Hakimiyyətindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşinin sabah səhər saatlarında rayona gətiriləcəyi bildirilib. Şəhid Xaçmaz rayon Hacıməmmədova kənd qəbirstanlığında dəfn olunacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az