Məlumdur ki, cəbhə xəttində güclü atışmalar gedir. Ictimai Palata (IP) cəbhədəki vəziyyəti nəzərə alıb yeni təyin olunan mitinqi təxirə sala bilərmi?
- Mən Bakıda deyiləm, Koordinasiya şurası nə qərar verəcək deyə bilmərəm.
Sizcə İP KŞ-sı nə qərar verməlidir?
- Nə qərar versə, hörmətlə yanaşacam.
Maraqlı məsələlərdən biridə İP KŞ-da təmsil olunan liderlerin vəziyyətə baxışı və verəcəkləri mesajlardır. Yəni ictimaiyyət İP-in cəbhədəki vəziyyəti diqqətə alıb hakimiyyətə verəcəyi dəstəyin marağındadır.
- Milli məsələlərdə həmişə birliyin tərəfində olmuşam. Sadəcə olaraq, bu atışmanın arxasında kimlər durur, yəni hansı ölkələr durur bu dəqiqləşdirilməlidir.
Sizcə cəbhədəki vəziyyət bilinən bir planın tərkib hissəsidir?
- Bəli
Bəs bu plan Rusiya və İran mətbəxində hazırlanıb, yoxsa hakimiyyət özü bilərəkdən belə bir vəziyyət yaradır?
- Bu daha çox Hillari Klintonun səfərinə Rusiyanın cavabıdır.
Amma daha cox ölən Erməni ordusundandır?
- Rusa nə fərqi var ölən kimdir? Əsas onun işi getsin.
Rusiya vəziyyətdən istifadə edə bilərmi, yəni Gürcüstanda olduğu kimi?
- Buna cəsarət etməzlər. Azerbaycan Gürcüstan deyil.
Aqil bəy, Ermənistan səfərbərlik elan edib. Azərbaycanın səfərbərlik etməyə ehtiyacı varmı?
- Bizim ordumuzun sayı kifayet edir, polis gücünü də əlavə etsək yetər və artar. Ermənistanda cəmi 1.386.000 adam qalıb. Qalan hamısı köçüb gedib.
Bayaq dediniz ki, bütün bunlar H.Kiltonun səfərinə bir cavabdır. O zaman Qərb müəyyən mənada prosesə müdaxilə etməlidir?
- Vəziyyət ciddiləşsə, əlbətdə edəcək. Ən azı Türkiye vasitəsi ilə.
Sizcə Müxalifət bu məsələdə nə etməlidir?
- Müxalifət hər zaman Azərbaycan mənafeyinin müdafiəçisi rolunda çıxış edib. Bu dəfə də belə olacağına inanıram.
Könül İbrahim