Milli Ordu Goranboy istiqamətində bir neçə postu ermənilərdən alıb
Goranboy rayonunun Ballıqaya kəndi istiqamətində üç gündür ermənilərlə atışma ara vermir. Bu ərazi cəbhənin Kəlbəcər rayonu istiqamətinə yaxın yerləşir. Yerli sakinlərin Modern.az saytına verdikləri məlumata görə, ermənilərin atəşkəsin pozulmasında göstərdikləri radikallığın səbəbi düşmənin nəzarətində olan bir neçə postun Azərbaycan ordusu tərəfindən alınmasıdır. Erməni tərəfinin xeyli itki verdiyi söylənilir. Ancaq Azərbaycan tərəfdən də yaralıların olduğu bildirilir.
Azad olunan postlardan Kəlbəcərin bir neçə kəndinə nəzarət etmək mümkündür. Həmin postların strateji əhəmiyyətə malik olduğu vurğulanır.
Qeyd olunur ki, erməni hərbçiləri üç gündür ki, itirdikləri postları geri almağa çalışsalar da, buna nail ola bilmirlər.
Saytımıza verilən məlumata görə, cəbhənin bu istiqamətində hər iki tərəfədən böyük qüvvə toplanıb. Hətta Goranboyun Ballıqaya kəndinin əhalisinin evakuasiya olunduğu da vurğulanır.
Aldığımız digər xəbərə görə, bu atışmalar zamanı xeyli erməni hərbcisi könüllü şəkildə Azərbaycan tərəfə təslim olub.
Əldə olunan bu məlumatlarla bağlı Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilməyib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?