Son günlər Azərbaycanın cənub bölgəsinə yağan güclü yağıntılar Cəlilabad rayonunda torpaq sürüşmələrinə səbəb olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad -Sadatlı avtomobil yolunda qeydə alınıb. Sürüşmə nəticəsində yolda dərinliyi yarım metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə yolun rayonun Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən hissəsində yaranıb. Ona yaxın kəndin əhalisinin mütəmadi istifadə etdikləri avtomobil yolunun müxtəlif hissəsində baş verən sürüşmə asfalt qatının aralanmasına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, bir neçə gün öncə yağan yağışdan sonra burada sürüşmə daha da aktivləşib. Yolun sürüşmə nəticəsində çökməsi dünəndən kəndlərin rayon mərkəzi ilə əlaqəsini məhdudlaşdırıb. Sürüşmə zonasında yerləşən bəzi evlərin və yardımçı tiklilərin divarlarında iri çatlar yaranıb. Sürüşmənin belə sürətlə davam etməsi tədricən ətraf ərazilərdə iri torpaq qatının uçmasına da gətirib çıxara bilər. Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizov bildirib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissəsində bərpa işləri aparılacaq.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?