Cəlilabadda zəncirvari yol qəzası - xəsarət alanlar var

Cəlilabadda zəncirvari yol qəzası - xəsarət alanlar var

Cəlilabad rayonunda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Miq.Az report-a istinadən xəbər verir ki,hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində rayon sakini, 1976-ci il təvəllüdlü Ağayev Vaqif Azadxan oğlu xəsarət alaraq, xəstəxanaya çatdırılıb. Bir nəfərin xəsarəti yüngül olduğundan, ona hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az