Cəzalar ağırlaşdı - 1000 manat cərimə, 1 il həbs

Cəzalar ağırlaşdı - 1000 manat cərimə, 1 il həbs
Azərbaycanda qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı cəzalar ağırlaşdırılıb.

Bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 500 manatdan 1000 manata qədər cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda isə bu cəza 300 manata qədər cərimə və ya bir ilədək azadlıqdan məhrum etmədir.

Digər dəyişikliyə görə isə qəsdən sağlamlığa yüngül zərər vurma əməlini ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. /APA.az/
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az