"Üçüncü dəfə prezident olmayacam"-Putin
Rusiya prezidenti Vladimir Putin üçüncü dəfə prezidentliyə namizədliyini verməyəcəyini bəyan edib.
O, Peterburqda keçirilən iqtisadi forumda jurnalistin uyğun sualına cavab olaraq bildirib ki, Rusiya konstitusiyasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsi nəzərdə tutulmayıb: "Mən həmişə konstitusiyasını rəhbər tutmuşam.
Qanunda açıq yazılıb ki, ardıcıl üç dəfə prezident olmaq olmaz. Məndə hazırda ikinci müddətdir. Daha öncə də iki dəfə prezident olandan sonra postu tərk etdim. Konstitusiya buna icazə vermirdi. Bu dəfə də bu qaydanı rəhbər tutacam".
Miq.Az