Daha bir qaziyə İcra Hakimiyyətində VƏZİFƏ VERİLDİ

Daha bir qaziyə İcra Hakimiyyətində VƏZİFƏ VERİLDİ

Daşkəsən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Miq.Az xəbər verir ki, RİH-in başçısının müvafiq əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi, dərəcə dövlət qulluqçusu, Vətən müharibəsi iştirakçısı Fəxri Akif oğlu Həsənov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının digər əmri ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şıxəliyev Elmar Vaqif oğlu "Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 33-cü maddəsinin 1.5 və 1.6 bəndlərinə uyğun dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilib.(report.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az