“Dağlıq Qarabağın tanınması müharibəyə səbəb olacaq

“Dağlıq Qarabağın tanınması müharibəyə səbəb olacaq”
"İrəvanın mövqeyi həmişə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına meylli olub. Bu isə anladığımız kimi, Azərbaycan tərəfinin mövqeyinə ziddir və tərəfləri nizamlamaya yaxınlaşdırmır”. 

Bu barədə RBK nəşrinə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri LeonidSlutski Ermənistan deputatlarının qondarma qurumu tanımaqla bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

"Bu qanun layihəsi rəsmi Bakının kəskin reaksiyasına səbəb ola bilər vəonun qəbulu təmas xəttində zorakılığın eskalasiyasına gətirər ki, bu da yolverilməzdir” – komitə sədri qeyd edib.

Yada salaq ki, az öncə rəsmi Kreml münaqişə tərəflərini "kifayət qədər kövrək olan atəşkəsi pozacaq və gərginliyi artıracaq” addımlardan çəkinməyə çağırmışdı. Bu haqda açıqlama verən Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov onu da bildirmişdi ki, İrəvan Dağlıq Qarabağın tanınması barədə qanunla bağlı Moskva ilə müzakirəaparmayıb. /musavat.com/

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az