Danimarka parlamenti ikili vətəndaşlıq haqqında qanun layihəsini qəbul edib. Yeni qanun rəsmi şəkildə ikili vətəndaşlığa icazə verir.
Bundan sonra Danimarkada yaşayan mühacirlər ilkin vətəndaşlığını saxlamaqla bərabər, bu ölkənin vətəndaşı ola bilərlər. Qanun xarici ölkələrdə yaşayan danimarkalılara da öz vətəndaşlığını itirmədən hazırda yaşadıqları ölkənin vətəndaşlığını qəbul etməyə icazə verir.
Yeni qanuna Danimarka parlamenti üzvlərinin çoxu səs verib: 89 deputat qanunun lehinə, 19-u əleyhinə olub.
İkili vətəndaşlıq lap əvvəldən sosial-demokrat koalisiyalı indiki hökümətin siyasi platformasının bir hissəsi olsa da, bu məsələdə böyük irəliləyiş ötən il baş verib. Müxalifətin aparıcı partiyası “Venstre” ikili vətəndaşlıq haqqında çoxdankı mövqeyini dəyişərək, bu qanunu dəstəkləmək qərarına gəlib.
Qeyd edək ki, yeni qanun 2015-ci il sentyabrın 1-də qüvvəyə minəcək.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib