“Danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək” – Politoloq

“Danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək” – Politoloq
"Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı növbəti görüş sadəcə, fikir mübadiləsinin davamıdır, ümumi nəticəyə yaxınlaşmamışıq. Bunu nazirlərin görüşlə bağlı verdikləri açıqlamalardan da aydınlaşdırmaq olar".

Miq.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Moskvada XİN rəhbərlərinin bugünkü görüşünü şərh edərkən bunları deyib.

Təhlilçi xatırladır ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikasının kifayət qədər yüksək olduğunu deyib: "Nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var”.

E.Şahinoğlu daha sonra qeyd edib: "İrəvanla Bakı arasında danışıqlarda fəallıq var, lakin hələ də bir çox həll olunmamış məsələlər qalır” deyən Ararat Mirzoyan bu cümləsi ilə azərbaycanlı həmkarıyla həmrəy olduğunu bildirib: "Gündəlikdəki bütün məsələlər üzrə görüşlərimiz, danışıqlarımız kifayət qədər intensivdir, bəzi məsələlərdə konkret nəticələr var, bəzi məsələlərdə tərəflərin qarşılıqlı razılığa gələ biləcəyi bəzi perspektivlər görünür. Ancaq əlbəttə ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu problemli məsələlər qalır”.

Politoloq hesab edir ki, danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az