Davudoğludan İslam ölkələrinə Qarabağla bağlı MESAJ

Davudoğludan İslam ölkələrinə Qarabağla bağlı MESAJ

”Azərbaycanın işğal altındakı torpaqları məsələsində müştərək mövqe nümayiş etdirməliyik”.

Bu sözləri İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII zirvə toplantısında çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Ə.Davudoğlu Fələstin torpaqlarının işğaldan azad edilməsinin islam ölkələrinin əsas problemlərindən biri olduğunu söyləyib: "Bu günlərdə yenidən gündəmə gələn Azərbaycanın işğal altındakı torpaqları məsələsində də, Krımın Rusiya tərəfindən işğalı məsələsində də əsrlər boyu islam torpaqları olmuş o torpaqların yenidən azadlıq əldə etmələri üçün müştərək mövqe nümayiş etdirməliyik”.

Baş nazir İƏT üzvü olan ölkələrin bəhs edilən problemlər barədə bundan sonra daha fəal mövqe nümayiş etdirəcəklərinə inandığını vurğulayıb. (APA)

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az