Səbail rayonu Yüzbəy Mürsəlov 147 ünvanında yaşayan bir qrup sakin həmin rayonun 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradova müraciət ünvanlayıb.
Müraciətdə bildirilib ki, adıçəkilən ünvanda baş verən yanğın zamanı binadakı bir sıra mənzillərə ciddi zərər dəyib. Hadisə baş verən ünvana gedən millət vəkili sakinlərlə görüşüb və vəziyyətlə yerində tanış olub. Məlum olub ki, yanğın zamanı 2 mənzil tam yarasız hala düşüb. Ümumilikdə binada 10 mənzilə ziyan dəyib.
Vətəninfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sakinlər millət vəkilinə yazılı müraciət edərək problemlə bağlı köməklik istəyiblər. Bina sakinləri ilə görüş zamanı Fuad Muradov bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılacaq. Sakinlərin sosial vəziyyətini və binaya dəymiş ziyanın böyük həcmdə olduğunu nəzərə alaraq millət vəkili Fuad Muradov Baş nazirə müraciət ünvanlayacağını diqqətə çatdırıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?