Dərbəndə azərbaycanlı mer seçildi
Dərbənd şəhərinin meri İmam Yaraliyevin istefa verməsi ilə əlaqədar bu vəzifəni şəhər administrasiyasının rəhbəri Azadi Rəhimov icra edəcək.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu haqda Dərbənd şəhər administrasiyasının mətbuat xidməti xəbər verib.
Dərbənd şəhər Məclisinin bugünkü iclasında keçirilən səsvermədə
milliyətcə azərbaycanlı namizəd Azadi Rəhimov mer seçilib. Fevralın
15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov
Dağıstanın 1958-ci ildə Tabarsan rayonunun Darvaq kəndində anadan olub.
O, 1998-ci ildə Dağıstanın baş nazirinin müavini olub. 2002-ci ildə isə
Dağıstan Respublikanın ədliyyə naziri olub.
Dərbənd şəhərinin rəhbəri İmam Yaraliyev istefa verib. Daha əvvəl İmam
Yaraliyev barəsində federal torpaqların bölüşdürülməsi zamanı vəzifə
səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi başlanıb. Bu il yanvarın
ortalarında meriyada axtarış aparılıb. Axtarış torpaq məsələsinə aid
sənədlərlə bağlı olub.

İmam Yaraliyev
Dərbənd şəhərinin meri İmam Yaraliyev haqqında Rusiya Cinayət
Məcəlləsinin 286-cı maddəsi ilə (vəzifə səlahiyyətlərini aşma) cinayət
işi açılıb. İddia olunur ki, 2010-cu ildən mer vəzifəsini icra edən
İ.Yaraliyev 2014-cü ildə federal mülkiyyətdə olan 1500 kv.m. torpaq
sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyətinə keçirmək istəyib.
Dərbənd meriyasının dövlətə 36 milyon rubl həcmində ziyan vurması ilə
bağlı materiallar bu ay Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən
prokurorluğa təqdim olunub.

Azadi Rəhimov