DİM-dən bayram XƏBƏRDARLIĞI

DİM-dən bayram XƏBƏRDARLIĞI
Dövlət İmtahan Mərkəzi iyunun 23-də IX və XI sinifər üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda Apelyasiya Komissiyaları yaradıb.

DİM-dən Miq.az-a verilən məlumata görə, şagird və ya abituriyentlər Apelyasiya Komissiyalarına iyunun 29-30-da saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək.
• DİM Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında)
• DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
• DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
• DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
• DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
• DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
• DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
• DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
• DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 100);


Bundan əlavə, 30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlər istirahət və bayram günləri olmasına baxmayaraq imtahanla əlaqədar sənədlərində hər hansı problem olanlar hər gün saat 10:00-dan 16:00-dək Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Yasamal rayonu Mikayıl Müşviq küçəsi, 1M ünvanında yerləşən binasına müraciət edə bilərlər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az