DİN bu fotoya aydınlıq gətirdi: Bir neçə dəqiqə çəkib

DİN bu fotoya aydınlıq gətirdi: Bir neçə dəqiqə çəkib

Bakının "Şamaxı yolu” adlandırılan ərazisində çəkilən və vətəndaşların kütləvi toplaşmasını, sosial məsafəni qorumamasını əks etdirən görüntülərdəki vəziyyət cəmi bir neçə dəqiqə davam edə bilər.

Bu barədə Miq.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, karantin müddətində vətəndaşlar da üzərlərinə düşən öhdəliyə məsuliyyətlə yanaşmalıdırlar:

"Polislər hər yerdə nəzarəti həyata keçirir. Bu müddətdə nəzarətin ağırlığı daxili işlər orqanları əməkdaşlarının üzərinə düşür. Lakin vətəndaşlar da bu tələblərə məsuliyyətlə yanaşmalı və sosial məsafəni qorumalıdırlar. Sözügedən görüntülərdəki hal bir neçə dəqiqədən artıq çəkə bilməz. Çünki Daxili İşlər Nazirliyinin əməkdaşları müntəzəm olaraq reydlər keçirir, marşrutlar üzrə xidmət aparırlar”.

Qeyd edək ki, bu gün Bakının "Şamaxı yolu” adlandırılan ərazisində çəkilən fotolarda vətəndaşların sosial məsafəni qorumaması və 10 nəfərdən artıq şəxsin bir yerə toplaşması əks olunub.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az