“Dinamo” 20 min avro cərimələndi

“Dinamo” 20 min avro cərimələndi
UEFA Tbilisinin "Dinamo” futbol klubunu 20 min avro məbləğində cərimə edib. Buna səbəb UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 2-də Tbilisidə keçirilən "Dinamo” – "Qəbələ” görüşündə baş verən qarşıdurma olub. Həmin oyunda gürcü azarkeşlər azərbaycanlılara qarşı qanunazidd hərəkətlərə yol veriblər. UEFA-nın qərarı ilə "Dinamo” həm də növbəti oyunlarından birini tamaşaçılarsız keçirməklə cəzalandırılıb.
AZƏRTAC


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az