"Dinamo" klubunun baş məşqçisi istefaya göndərilib

Rusiyanın "Dinamo" (Moskva) futbol komandasının baş məşqçisi Stanislav Çerçesov istefaya göndərilib. Vətəninfo.az xəbər verir ki, "Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar gələn həftə rəsmən açıqlanacaq.

Boşalan vəzifə klubun idman direktoru Andrey Kobelevə tapşırılacaq. Kobelev bir neçə gün öncə paytaxt təmsilçisinə idman direktoru təyin edilib.

Qeyd edək ki, "Dinamo" ötən mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Üstəlik, klub maliyyə "feyr-pley"ini pozduğu üçün Avropa Liqasında iştirakdan məhrum edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az