Dollar ajiotajı: Banklarda kurs 1.70 AZN, “qara bazar”da 1.76 AZN - FOTOLAR

Dollar ajiotajı: Banklarda kurs 1.70 AZN, “qara bazar”da 1.76 AZN - FOTOLAR
Son günlər manatın ucuzlaşması və banklarda dollar satışının dayanması artıq ajiotaj yaradıb. 

Qaynarinfo.Az xəbər verir ki, "Azər-Türk” bankın baş ofisinin qarşısında artıq günbəgün manatı dollara dəyişən insanların sayı artır. "Azər-Türk” bankın bugünkü dollar məzənnəsi alış üçün 

1.690, satış üçün isə 170.16 AZN-dir. Bankın qarşısında toplaşan insanlarla sohbət zamanı məlum oldu ki, bank 200 dollaradək limit qoyub və hər gün gəlib 200 dollar alan insanlar var.

Onu da əlavə edək ki, sentyabr ayının 1-də 10 bank dollar satışı həyata keçirib. Banklar üzrə maksimum satış limiti 200 dollar təşkil edir. Digər banklar isə (23 bank) dollar satışını dayandırıb. Bu səbəbdən artıq "qara bazar”a tələbat artıb. "Qara bazar”da isə artıq dolların satışı 1.76-1.78 civarındadır.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az