Məsələ ilə bağlı Zeynəb Dostəliyeva News24.az-a danışıb, o, P. Dostəliyevanın psixi problemli, pozğun biri olduğunu iddia edərək, ondan və Nazpəri Dostəliyevadan bu yolla pul almaq istədiyini açıqlayıb.
Zeynəb Dostəliyeva Pərvanənin böhtan dolu videomüraciətini yayanları məhkəməyə verərək, onlardan təzminat alacaqlarını da deyib.

Xalq artisti Nazpəri Dostəliyeva isə açıqlamasında sözügedən xanımı tanımadığını bildirib. "Mən o qızı nə tanıyıram, nə də mənim qardaşımın uşağı deyil. Heç qızın adını da bilmirəm. O kimdir? Tanımıram! Bu video məndə bir aydır ki, var və bu qız məni bu video ilə şantaj edib, pul istəyir”.
Xalq artisti qeyd edib ki, onun qardaşı Ağaların Rəvan və Cavanşir adlı qanuni iki oğlu var: "Sən demə, bir neçə müddət bundan əvvəl bu qız bacım Zeynəbə zəng edərək, deyib ki, Nazpəri mənə pul verməsə, onu bu video ilə şantaj edəcəyəm. Mən ümumiyyətlə, bu qızı tanımıram. Mənim qardaşımın elə qızı yoxdur. O, məni canlı olaraq heç həyatda görməyib”.
Pərvanə hər iki xanımın açıqlamasında sonra səhifəsində N. Dostəliyeva və ailə üzvləri ilə birgə illər əvvəl lentə alınan fotoları paylaşıb, danışdıqlarının doğru olduğunu bildirib. /qafqazinfo.az/
