DSX-nin daha iki polkovniki həbs olundu

DSX-nin daha iki polkovniki həbs olundu

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adı məlum olub.

Miq.Az-ın xəbərinə görə, Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs qətimkan tədbiri seçilib.

E. Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli mqidarda rüşvət almada) X. Quliyev isə 312.2-ci (rüşvət vermə) ittiham olunur.

Bakı Hərbi Məhkəməsində hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.(bakupost.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az