etdirilir.
Bu məlumatı təkrar xatırlamağımızın səbəbi əməliyyat keçirilən apteklər və şirkətlərlə bağlı "AzPolitika.info”-ya yeni məlumatların daxil olmasıdır. Belə ki, saytımıza verilən məlumata görə, əməliyyat keçirilən aptek və şirkətlərin hər birinin arxasında yüksək vəzifəli və ya nüfuzlu şəxslər dayanır. Zatən arxalarında güclü şəxs dayanmazsa, illər uzunu saxta dərman sata bilməzdilər…
Məsələn, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini satan apteklərdən biri olan "Elit”in deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu bildirilir. Qeyd edək ki, "Elit” adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət göstərir. Yəni, "Elit” apteklər şəbəkəsidir. Bu aptekin özü haqda yaydığı məlumatda da təsdiqlənir: ""Elit” Aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub saxlaya bilib. Yeni istifadəyə verilən "www.eliteaptek.az” ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini sizlərə təklif edir”.
Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir.
Maraqlıdır ki, internetdə "Elit” apteklər şəbəkəsilə bağlı məlumat toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin dərman preparatlarının qiymətilə bağlı tutduğu iradlara münasibət bildirərkən, aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: "Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman "Elit” aptekdə 15 manatadırsa, "AVİS” aptekdə 25 manatadır. Doğrudur, "AVİS”-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar. Xidmətləri yüksək səviyyədədir, amma həddən artıq bahalıdır. Ya da "Alman” aptekini götürək. Burada da hamı bilir ki, təmiz və keyfiyyətli dərmanlar satılır.
Mən daha çox "Novonorm” dərmanını alıram. Onun qiyməti Azərbaycanda Avropa ilə müqayisədə çox bahadır. Mən bu dərmanı Fransadan alanda 90 dənəsinə 11 avro ödədim. Azərbaycanda ”Alman” aptekində həmin "Novonorm”un 30 dənəsi 50 manatadır. Axı bunu kim ala bilər?! Kim üçün satırsınız?! Bu aptekdəki dərmanları adi adamlar ala bilər?! Əlbəttə, yox. Bu deməkdir ki, bizdə varlılar və kasıblar üçün apteklər formalaşır. Deməli öləndə varlılar üçün qəbristanlıqlara, xəstələnəndə varlılar üçün apteklərə getməyə məcbur edilirik”.
Göründüyü kimi, Elmira Axundova üstüörtülü şəkildə "Elit” aptekini reklam edib. Hansı ki, indi bu aptekin qeydiyyatsız dərman dövriyyəsilə məşğul olduğu, saxta dərmanlarla insanları zəhərlədiyi aşkarlanır. Maraqlıdır, açıqlamalarında özünü kasıbların qayğısına qalan biri kimi göstərən Elmira Axundovanın bundan xəbəri olubmu?/AzPolitika.info/
Onun da cavabını dərc etməyə hazırıq.