Dünya çempionatı başlayır

Dünya çempionatı başlayır

Sambo Federasiyasından  verilən məlumata görə, yeniyetmələrin yarışında ölkəmizi 10 idmançı təmsil edəcək. Bunlar Rəşad Muradov (48 kq), Mehman Xəlilov (52 kq), Bəhruz Rəcəbov (56 kq), Orxan Qarayev (60 kq), Müşviq Mikayılov (65 kq), Xaliq Niftəliyev (70 kq), Fərid Hümbətli (74 kq), Şirin Cavadzadə (81 kq), Ziya Qismətli (87 kq), Zaur Abdullayevdir (+87 kq).

Gənclərin mübarizəsində isə Hüseyn Eyvazzadə (52 kq), Heydər Həşimov (57 kq), Fərid Mikayılov (62 kq), Fərhad Gurbanov (68 kq), Fəqan Əliyev (74 kq), Fazil İsayev (82 kq), Toğrul Verdiyev (100 kq), Abidulla Rəsulov (+100 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, idmançılarımız Bolqarıstan paytaxtına Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazovun rəhbərliyi altında yollanıblar.

Sabah start götürəcək yarışlara oktyabrın 15-də yekun vurulacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az